AZ

"Bayer 04" cari mövsüm 90-cı dəqiqədən sonra 17 qol vurub

Almaniyanın "Bayer 04" klubu 2023/2024 mövsümü ərzində 90-cı dəqiqədən sonra 17 qol vurub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu stastistika ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Roma" ilə görüşdən sonra reallaşıb.

Heç-heçə (2:2) bitən oyunda almanlar ikinci qolu 90+7-ci dəqiqədə Yosip Stanişiçin sayəsində rəqib qapısından keçirməklə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, "Bayer 04" UEFA Avropa Liqasının finalında İtaliyanın "Atalanta" klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
Mənbələr
Şərh ()
Bağla