AZ

Elnur Soltanov:COP29 çərçivəsində etimad mühitinin yaradılması vacibdir

Hazırda qalıq yanacaqların istifadəsi və ya ondan imtinası ilə bağlı geniş müzakirələr gedir.

Bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.

“Bizim əsas vəzifəmiz COP29 çərçivəsində etimad mühiti yaratmaq və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu, bizim üçün çox vacibdir və uğurlu nəticələr gözləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
Mənbələr
Şərh ()
Bağla