AZ

"Üçxallıq atışları çox zəif yerinə yetirdik, ötürmələrdə çox səhv etdik” – Tahir Baxşıyevdən etiraf

Kişi basketbolçular arasında ölkə çempionatının yarımfinalında "NTD-İndiqo" ilə "Xəzri" qarşılaşıb.

"Xəzri" gərgin mübarizə şəraitində keçən oyunda 63:61 hesablı qələbə qazanıb. Komandalar arasında 2-ci duel mayın 11-də keçiriləcək. İki matçın yekununda bərabərlik olarsa, komandalar mayın 13-də də üz-üzə gələcək. Oyunla bağlı fikirlərini öyrənmək üçün "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Üçxallıq atışları çox zəif yerinə yetirdik, ötürmələrdə çox səhv etdik. Bacardığımız qədər seriyanın axarını dəyişməyə çalışacağıq. İnanırıq ki, ikinci görüşdə hər şey dəyişəcək. Səhvlərimizi təhlil edib, üzərində çalışacağıq".

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla