AZ

ABŞ prezidentinə qarşı impiçment məsələsi gündəmə gəlib

ABŞ

ABŞ Konqresinin respublikaçı qanadı Rəfaha hərtərəfli hücum olacağı təqdirdə İsrailə silah göndərməyəcəyini açıqlayan prezident Co Baydeni tənqid edib.

Reyting.az
xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Mixael Mccaul və Palatanın Silahlı Qüvvələr üzrə sədri Mayk Rokers İsrailə silah daşınmasını dayandırmaq qərarından dəhşətə gəldiklərini bildiriblər.

Respublikaçı liderlər Bayden və onun administrasiyasını “İsrailin təhlükəsizliyini pozmaqda” ittiham ediblər.

Bundan başqa, dünən ABŞ Senatında ifadə verən müdafiə naziri Lloyd Ostin də tənqid hədəfinə çevrilib. Respublikaçı senatorlar silah tədarükünün dayandırılmasının “müttəfiq İsrailə yanlış mesaj göndərmək” mənasına gəldiyini və belə bir addımın “İranı və onun tərəfdarlarını İsrailə qarşı cəsarətləndirəcəyini” deyiblər.

Pentaqon şefi Llyod Ostin tənqidlərə “Heç bir qərar verməmişik. Təqdim etdiyimiz bəzi təhlükəsizlik yardımlarını yenidən qiymətləndirərkən fasilə verdik. Bununla belə, hazırda bəzi yaxınmüddətli təhlükəsizlik daşımaları kontekstində nəzərdən keçiririk”, - deyə cavab verib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Qəzzanın Rəfah bölgəsində mülki əhali ilə bağlı narahatlıqlar və qəbuledilməz humanitar yardım böhranı ilə əlaqədar İsrailə digər silah göndərişləri də nəzərdən keçirilir.

Texas ştatının respublikaçı senatoru Tom Kotton ABŞ prezidenti Co Baydeni İsrailə hərbi yardımı dayandıracağını elan etdiyi üçün impiçmentə çağırıb.T. Kotton prezidenti istefaya səsləyib.

Kotton sosial şəbəkədə bəyan edib ki, Bayden bu açıqlamanı “yenidən seçilmək üçün” verib: “Nümayəndələr Palatasının Baydenə qarşı impiçment etməkdən başqa seçimi yoxdur”.

Qeyd edək ki, dünən CNN telekanalına müsahibə verən prezident Bayden bildirib ki, İsrail irimiqyaslı hücumla Rəfaha daxil olarsa, bu ölkəyə silah göndərməyi dayandıracaq.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla