AZ

Şirinova, Kolesnik və Manolova məğlub olub

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxacaq. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimiz son şansdan yararlanmağa çalışacaq. İlk 3 yerin sahibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayacaq. O, Menq Hsieh (Çin Taypeyi) görüşəcək.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxan Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin 18:8 hesablı qələbəsi ilə yekunlaşıb.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olub. O, startda 1:4 hesablı məğlubiyyətə üzülüb.

62 kq
Təsnifat mərhələsindən yarışa start verən Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə güləşib. O, "tuş"la qalib gələrək 1/8 finala yüksəlib.

68 kq
Elis Manolova təsnifat mərhələsində Nikol Parradoya (Kolumbiya) 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla