AZ

Premyer Liqa klubu "Benfika"da oynamış futbolçuya yeni müqavilə təklif edəcək

“Səbail” yeni mövsüm üçün bəzi legionerlərlə yoluna davam etmək niyyətindədir.

Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi yayda heyətinə qatdığı Pedro Nunonu buraxmaq niyyətində deyil.

Belə ki, “Səbail” portuqaliyalı futbolçunun müqavilə müddətini artırmağı planlaşdırır. Bununla bağlı isə təcrübəli futbolçu ilə danışıqlara mövsümü sonunda start veriləcək. Futbolçunun yeni mövsümdə maaşında cüzi artım olacağı da ehtimal edilir. İlkin ehtimallara görə, Nuno özü də “Səbail”də qalmağı planlaşdırır.

29 yaşlı futbolçu “Səbail”lə mövsümün əvvəlində bir illik müqavilə imzalayıb. O, karyerası ərzində “Akademika Koimbra”, “Benfika”, “Tondela”, “Moreyrense”, “Belenenseş”, “Adanaspor” klublarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla