AZ

Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev

Bakı. Trend:

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızınÜmummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdəbağlıdır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Politoloq bildirib ki, Heydər Əliyevin zəngin irsi, müstəqilAzərbaycan dövlətinin inkişafı və tərəqqisi yolundakı fəaliyyətionun həyatını daha dərindən öyrənməyə, təbliğ etməyə səbəbyaradır.

"Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına həsr edib,xilaskarlıq missiyasını sonadək yerinə yetirib. Onun Vətəni vəxalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi iləxatırlanır. Hər il mayın 10-da xalqımız öz Ulu Öndərinin xatirəsiniböyük ehtiramla yad edir.

Ümumilli Liderin hələ 1969-1982-ci illər ərzində ölkəmizərəhbərlik etdiyi dövrdə atdığı addımlar, həyata keçirdiyitədbirlər, Azərbaycanın gələcəyinə köklənmiş ideyaların mahiyyətizaman keçdikcə daha aydın şəkildə anlaşılır.

Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərinidə məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarınaqarşı çıxıblar. Lakin təzyiqlərdən sarsılmayan Ulu Öndər sonradanAzərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinəyüksələndə milliləşdirmə siyasətini daha geniş vüsətlə davametdirib. Dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti dövründəHeydər Əliyev çoxsaylı ziyalı və ictimai xadimləri milli ideyalaragörə həbsdən, təqib və təzyiqlərdən xilas edib. İstər respublikayarəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada işlədiyi vaxtlardaÜmummilli Lider gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi,texniki və hərbi potensialının formalaşdırılmasına böyük diqqətyetirib.

İdarəçilik bacarığı və təcrübə ona çoxsaylı mürəkkəb vəzifələrinöhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Azərbaycanın birölkə kimi inkişaf və intibahı Heydər Əliyevin rəhbərliyi altındakıdönəmdə reallaşmağa başlamışdır", - o deyib.

A.Qarayev qeyd edib ki, 1993-cü ildə H.Əliyev yenidənhakimiyyətə qayıtdıqdan sonra artıq müstəqil Azərbaycan üçün yenistrategiya müəyyənləşdirmiş, yeni xarici siyasi kurs başlatmışdı:"Həmin dövrdə qarşıda duran ən əsas vəzifə Azərbaycanı beynəlxalqaləmdəki təcrid vəziyyətindən xilas etmək, ölkəmiz haqqındayaradılmış mənfi ictimai rəyi dağıtmaq idi. Ölkədə yeni dövlətquruculuğu, sosial-iqtisadi və siyasi problemlərin tədricən vəmüvəfəqiyyətlə həll edilməsi, ölkəmizin beynəlxalq aləmdəkimövqeyinin normallaşması, dünya ölkələri ilə qarşılıqlı faydalıəlaqələrin qurulması Azərbaycanın dünya birliyinə inteqrasiyaprosesini aktivləşdirdi. Ölkənin beynəlxalq müstəvidə layiqli yertutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərinqurulması olduqca mühüm əhəmiyyət daşıyırdı. Bu əlaqələrinyaradılması və inkişaf etdirilməsi Ümumilli Lider Heydər Əliyevinfəaliyyətinin əsas istiqamətlərindən biri idi".

Onun sözlərinə görə, Heydər Əliyev yetkin siyasi xadim, sondərəcə müdrik başçı idi. O atdığı hər addımla ölkəninmaraqlarlarını hesaba alır, gələcəyə köklənirdi. 20-ci əsrin sonuAzərbaycan xalqı ölkənin ən çətin və mürəkkəb bir dönəminiyaşadı.

"Kəskin və ağır dövrün hamımız şahidi olduq, millətimiz böyüksınaqlardan keçdi. Heç şübhəsiz, xalq olaraq bu yoldakı liderimiz,dayağımız məhz H.Əliyev oldu. Onun rəhbərliyi dövründə görülmüşişlər, başlatdığı iri layihələr bu gün də çox böyük uğurla davametdirilir. Ulu Öndərin amalları və ideyaları ilə möhkəm bünövrəüzərində bərqərar olan qüdrətli Azərbaycan bu gün tarixinin əngüclü dövrünü yaşayır. Heydər Əliyev siyasi kursunu xüsusi bacarıqvə dinamik şəkildə inkişaf etdirən Azərbaycan Prezidenti İlhamƏliyev bu gün çətin və mürəkkəb dünyada ölkəmizin firavan vətəhkükəsiz şəraitdə yaşamasına zəmin yaradır.

Tarixi Zəfər qazanan Azərbaycan ərazi suverenliyini tam bərpaedib. Ölkəmiz bu gün dünyada söz sahibi olan ölkələrdən biridir", -A. Qarayev əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla