AZ

Premyer Liqa klubunun baş məşqçisinin halı pisləşdi, Təcili Yardım çağırıldı

«Səbail»in baş məşqçisi Şahin Diniyevin sağlıq durumunda problem yaranıb.

Onun halı «Qəbələ» ilə qarşılaşmadan sonra pisləşib.

«Dənizçilər»in Premyer Liqanın 33-cü turunda «Qəbələ»yə 2:3 hesabıyla uduzması və beləliklə, avrokuboklara vəsiqə şansını itirməsi çalışdırıcıya pis təsir göstərib.

Diniyev təzyiqi qalxdığı və özünü narahat hiss elədiyi üçün otağına aparılıb, ardınca Təcili Tibbi Yardıma müraciət olunub.

Həkimlərin ilkin tibbi yarımı ilə onu özünə gətirmək mümkün olub.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla