Arxiyepiskop Baqrat Qalstanyan Ermənistan xalqını Azərbaycanla sərhədin demarkasiyasına etirazlar çərçivəsində bütün ölkə boyu küçələri bağlamağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sputnik.Armeniya agentliyi məlumat yayıb.
“Arxiyepiskop Baqrat Qalstanyan mərkəzi poçt binasında vətəndaşları bütün Ermənistanda küçələri bağlamağa çağırıb. Nəşr bu dəqiqələrdə İrəvanın mərkəzində aksiyanın davam etdiyini qeyd edib.