AZ

BELQOROD VƏ BELQOROD VİLAYƏTİNDƏ RAKET TƏHLÜKƏSİ ELAN EDİLİB

Mayın 10-da Belqorod və Belqorod vilayətində dördüncü dəfə raket təhlükəsi elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib.

"Belqorod və Belqorod vilayətində raket təhlükəsi sirenası işə salınıb. Əgər evdəsinizsə, pəncərələrə yaxın getməyin. Pəncərəsiz möhkəm divarları olan otaqlara (dəhliz, hamam, tualet, kiler) sığının. Əgər küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, - o, Telegram kanalında yazıb.

Mayın 10-da şəhər sirenası dördüncü dəfə səslənir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq