AZ

Şəhriyardan Afaq və Turala cavab

Xəbər verdiyimiz kimi, aparıcılar Tural Əsədov və Afaq Gəncəli "Düşən pullar" şousunda qazandıqları pulu hələ də almadıqlarından gileylənib. 

Milli.Az xəbər verir ki, proqramın aparıcısı Şəhriyar Əbilov məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, bütün qaliblər pullarını müqavilədə yazılan müddətdə alır:

"Hələ onların olduğu proqram efirə getməyib. Belə bir fikrə gəlmək düzgün deyil. Müqavilə bağlananda yazılır ki, proqram efirə gedəndən 70 gün ərzində pul verilir. Əgər nasazılıq yaranarsa, görüntü pis olarsa veriliş efirə getmir. Bu zaman da müqavilə ləğv edilir. İnanıram ki, onlar olan efir də yayımlanacaq. Azər Axşam, Aydan Axundzadə və İbrahim Çingiz cütlüyünün də çəkildiyi bölüm yayımlanmyıb. Hərdən dostlarım zəng edir ki, niyə bizim proqram getmədi".

Bir neçə ildir fəaliyyətini AzTV-də davam etdirən Şəhriyar "Düşən pullar" layihəsindən sonra toylara getməsinə qadağa qoyulması məsələsinə aydınlıq gətirib:

"AzTV-də çalışmağa başlayanda əsas saqqal problemi yaşayırdım. Amma onu da həll etdim. Şərt qoyulmur, təklif edilir. Buna isə daha çox xəbər aparıcıları əməl etməlidir. Mənim işimə heç bir qadağa qoyulmayıb. Toylara da aparıcı kimi gedirəm".

Qeyd edək ki, T.Əsədov açıqlamasında "Bizdən əvvəl və sonra çəkilən verilişlər nümayiş olunub, amma bizim buraxılış hələ də yayımlanmayıb. Ona görə də hələ ki, pulu görməmişik. Biz oktyabrda çəkilmişik" sözlərini söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
24
Mənbələr
Şərh ()
Bağla