AZ

“AccessBank” kiçilib, aktivlərdə 18 milyon manatdan çox azalma

“AccessBank” 2024-cü ilin 1-ci rübünü 16 milyon 522 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az “AccessBank"ın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 

Məlumata görə, hesabat dövründə bankın faiz gəlirləri 24,5 % artaraq, 53,1 milyon manata çatıb, qeyri-faiz gəlirləri isə 160 min manat, yaxud da 3,7 % azalaraq 4,1 milyon manat təşkil edib.

Hesabat dövründə bankın aktivlərinin həcmi 1 milyard 374 milyon 140 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 1,3 %, yaxud da 18 milyon 147 min manat azdır. 

Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 116 milyon 769 min manat olub ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 6,4 %, yaxud da 8 milyon manat azdır. Bankın ticarət və investisiya qiymətli kağızlarının həcmi 2023-cü ilin sonu ilə müqayisədə 43,2 % , yaxud da 45 milyon 152 min manat azalaraq 59 milyon 361 min manat olub. 

Bankın öhdəliklərinin dəyəri 2023-cü ilin sonu ilə müqayisədə 2,7% azalaraq 1 milyard 220 milyon 383 min manat təşkil edib. Bununla yanaşı, bankın kapitalının dəyəri 270 milyon 107 min manat olub. Bu, ötən il eyni dövrü ilə müqayisədə eynidir.

Qeyd edək ki, "AccessBank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb. 2008-ci ildə rebrendinq edib.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla