AZ

Ceyhun Bayramov və Mirzoyan arasında görüş BAŞLADI - VİDEO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən görüşdə “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlar aparılır.

 

Qeyd edək ki, Qazaxıstan tərəfi vasitəçi deyil.

 

 

***

08:24

 

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

 

Modern.az xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

 

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3
Mənbələr
Şərh ()
Bağla