AZ

Şəhidimiz Fuad Əliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fuad Əliyev 10 may 2001-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ, Hadrut, Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 11 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Fuad Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla

Reytinq