AZ

“Fatih Karagümrük” yenə yaxşı gəlir əldə etməyi planlaşdırır

Həftəsonu superliqanın 36-cı turu çərçivəsində lider “Qalatasaray” “Fatih Karagümrük”ün qonağı olacaq.

Hər iki tərəf üçün oyun çox mühüm əhəmiyyət daşıyır. “Cim-Bom” zatən liderdi və çempionluğu rəsmiləşdirməyə çox yaxındı. “Fatih Karagümrük” isə elitada qalmağı hələ ki təmin etməyib və məğlubiyyət təqdirində yenidən düşmə zonasına yuvarlana bilər. “Fatih Karagümrük” ev oyunlarını 76 min yerlik “Atatürk Olimpiya”da keçirir. Rəhbərlik, adətən, nəhənglərə qarşı ev oyunlarında biletlərin qiymətini artıraraq yaxşı gəlir əldə edir. Bu, sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, rəhbərlik bu taktikanı qarşıdakı oyunda da davam etdirmək niyyətindədi.

Bir neçə həftə öncə “Fənərbaxça” ilə oyunda məhz belə olmuşdu. “Fənər”lilər üçün tribunada 30 faiz (maksimum 24 min) yer ayrılmış və onlara bir bilet 930 lirədən (49 manatdan) satılmışdı. Bu da o deməkdi ki, istanbullular belə oyunlarda təkcə bilet satışından 22 milyon 320 min lirə (təxminən 1,2 milyon manat) gəlir əldə edirlər. Kubokun dünənki cavab oyununda isə “Trabzonspor”lulara bilet 700 lirədən satılmışdı. Süleyman Hurmanı dinləyək:

“Qaydalara uyğun olaraq, stadionun 30 faizini “Qalatasaray” fanatlarına ayırmışıq. Bu da 23-24 min azarkeş deməkdi. “Fənərbaxça” ilə oyunda da belə olmuşdu. Biletin qiyməti yenə 930 lirə olacaq. “Trabzonspor” da bizdən kubokun cavab oyunu üçün bu qədər yer istədi. Biz də razılaşdıq. Amma biletlər tam satılmadı. Fequli “Qalatasaray”dan heç də xoş şəkildə ayrılmadı. Bu üzdən onlara qarşı meydana çıxmaq üçün alışıb-yanırdı. Amma çox şanssız bir durumla üzləşdi. Fikrimizcə, onun ötən tur Kayseridə yol verdiyi hərəkətin qarşılığı qırmızı vərəqə olmamalıydı. Hakim isə fərqli qərar verdi. Özü ilə söhbət etmişəm. “Qalatasaray”a qarşı oynaya bilməyəcəyi üçün çox üzgündü. İndiyə qədər mənim olduğum komandalarda heç vaxt stimullaşdırıcı paraya yer olmayıb. Heç kimdən belə şey qəbul etməmişik. Mənim gözümdə oyunu satmaqla stimullaşdırıcı para almaq eyni şeydi. “Qalatasaray”la oyun üçün futbolçulara heç bir xüsusi pul mükafatı vəd etməmişəm. Oyundan öncə mükafat vəd etmək istəmirəm. Çünki nə vaxt bunu edirəmsə, həmişə əks effekt verir. Ona görə də bir daha belə etməməyə söz vermişəm. Qoy bizimkilər qalib gəlsin, layiq olduqları pulu artıqlamasıyla verəcəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla