AZ

Rusiya bu sistemlərlə ABŞ silahlarını sıradan çıxarır

Rusiyanın radioelektron mübarizə sistemləri ABŞ-ın yüksək dəqiqlikli silahlarını kursundan çıxarır və Ukrayna ordusu üçün problemlər yaradır.
BUTA.TV xəbər verir ki, bu barədə “Biznes İnsayder” nəşri məlumat yayıb. “Müharibə boyu Ukrayna ordusu yüksək dəqiqlikli GMLRS idarə olunan raketlərindən, JDAM hava bombalarından və ABŞ istehsalı olan “Excalibur” sistemlərindən istifadə edir. Lakin Rusiyanın radioelektron mübarizə vasitələri bu silah növlərinin dəqiqliyində şok azalma yaratdığı üçün onlardan tam gücü ilə istifadə etmək mümkün deyil”, - məlumatda qeyd olunub. Radioelektron mübarizə və HHM üzrə mütəxəssis Tomas Uizinqton da nəşrə açıqlamasında deyib ki, bu tərifli silahların imkanları və dəqiqliyi indi sual altındadır:

“Bu silahlar ukraynalılar üçün nəinki narahatedici taktiki və əməliyyat effektləri daşıyır, həm də başqalarının bu sistemlərə etimadı ilə bağlı suallar yarada bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq