AZ

II Liqa klubunun futbolçusu 4 matçlıq diskvalifikasiya edilib

AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Kürmük Qax" klubunun futbolçusu Nail Təhməzlini 4 oyunluq diskvalifikasiya edib.

Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onun XXIV turda "Şəmkir"lə matçda rəqibini ayaqla vurması səbəb olub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçu mövsümü başa erkən vurub. Onun komandası isə 300 manat cərimə edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla