AZ

Ermənistanda çox mürəkkəb və təhlükəli situasiya yaranıb



Ermənistanda çox mürəkkəb və təhlükəli situasiya yaranıb. Bu da baş nazir Paşinyan iqtidarının zəifliyindən, sistemsiz siyasətindən, Ermənistandakı siyasilərin və din xadimlərinin xarici qüvvələrdən asılılğından qaynaqlanır.

Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin getdiyi, tərəflərin müəyyən məsələlərdə vasitəçisiz razılaşma əldə edə bildikləri indiki məqamda Paşinyanın istefa verməsini məqbul hesab etmirəm. Ermənistana həmişə xarici təsirlər ciddi şəkildə olub bu dövlətin suverenliyi formal xarakter daşıyıb. Ona görə də Paşinyanın ölkəsinin yeni təhlükəsizlik çətiri axtarması, Azərbaycanla bağlı bəzi bəyanatlar və atdığı addımlar ciddi etiraz və qıcıq doğurur. Cəmiyyətin özü də hibrid bir cəmiyyət halına salınıb. İctimai rəyə təsir göstərən, onu istiqamətləndirməyə gücü çatan siyasi çevrələr və kilsə Rusiyanın, yaxud da Qərbin xüsusi xidmət orqanlarının diqtəsində olub.

Bu gün Ermənistanda cərəyan edən icimai-siyasi proseslərin gərginləşməsində Paşinyanın böyük məsuliyyəti var. Onun regiondakı reallıqları düzgün qiymətləndirməyərək, region dövlətlərinin maraqlarını nəzərə almayaraq, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında tərəddüdləri, daxili problemlərin nizama salınmasında qətiyyətsizliyi son nəticədə Ermənistanda qarmaqarışıq və təhlükəli vəziyyət yaradıb. Erməni xalqının korrupsiyalaşmış və nüfuzdan düşən sabiq siyasi liderlərə, Koçaryana, Sarkisyana, Ohanyana dəstək vermədiyindən xarici güclər həmişə olduğu kimi kilsəni, cinayətkar dəstələri, habelə xarici diasporu dövrəyyə buraxıblar. Məlumdur ki, həm kilsənin, həm də xarici diasporanın Ermənistan cəmiyyətinə və istimai-siyasi proseslərə ciddi təsirləri var. Ona görə də Paşinyanın hakimiyyətinin çox böyük basqılar altında qaldığını deyə bilərəm. Baş verən etirazların kütləviliyi və əhatəsi hələ hakimiyyətin devrilməsi üçün ciddi təhlükələr yaratmasa da, risqlər var. Baş nazirin mövcud ağır durumdan xilas yolu Azərbaycan və Türkiyədən asılıdır. Bunun üçün də hər iki ölkənin irəli sürdüyü barış təklifini nə qədər tez qəbul etsə və əlaqələrini qura bilsə bir o qədər baş nazir böhrandan tez çıxa bilər


Əli Oruclu, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi

Newscenter.az üçün

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla