AZ

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqları üçün yeni iş axtarır ayxud bunu uzarmağa cəhd göstərir. Bu gün Azərbaycanda vətəndaşlar, xüsusilə müəllim olaraq fəaliyyət şəxslər könüllü şəkildə pensiyaya çıxa bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, burada əsas məsələlərdən biri məşğulluqdur. 65 yaşında əsasən dövlət qulluqçuları prezident sərəncamı ilə rütbə və vəzifə tuturlarsa, həmin mərkəzi icra orqanının rəhbərinin əmri əsasında pensiyaya çıxa bilirlər. Əmr verilmirsə, 70 yaşına qədər işləyə bilirlər. Onlara bu şamil olunmur:

"Lakin aşağı kateqoriyadan olan şəxslər (şöbə müdiri, baş məsləhətçi, məsləhətçi) konkret olaraq 65 yaşına çatan kimi onları pensiyaya göndərilir. Bəzən onlar ilə müqavilə 1 yaxud artıq artırılır. Nazirliklər və onun tərkibində olan publik hüquqi şəxslərdə 70 yaşa qədər vaxtını uzadırlar. Amma normalda 65 yaş tamam olan kimi bu şəxslər vəzifədən azad edilir. Elmi və pedaqoji sahələrdə fəaliyyət göstərənlərdə vəziyyət fərqlidir. Elmi dərəcəsi olan, elmi tədqiqat sahəsində xidmətləri olanlar üçün qanunvericiliyə uyğun olaraq yaş kvotası tətbiq olunmur. Onlar nəinki 70, hətta 90 yaşına qədər əmək qabiliyyəti varsa işləyə bilirlər. Qanunvericilik şəxslərin könüllü pensiyaya çıxmasına imkan vermir. Çünki müəyyən yerlər var ki, bu şəxslər yerləri tutulur. Bu dövlət qulluqçusu yaxud müəllim ola bilər. İkinci tərəfdən bakalavrlar, universitet məzunları işlə təmin olunmalıdır. Bunu etməklə pensiya mədəniyyətini formalaşdırmağa çalışırlar. O cümlədən pensiyaya çıxanlar yeni gənc nəslə öz işlərini ötürməlidir ki, novatorluq yaransın. Bunun nəticəsində həmin müəssisə və təşkilatlar işi yeni sistemin tələblərinə uyğun olaraq yeni əsaslar qurulmuş olsun".

Sosioloqların sözlərinə görə, vətəndaşların bu gün pensiyaya çıxmaq istəməməsinin bir sıra səbəbləri var. Çünki onlar pensiyaya çıxanda aşağı məbləğ alırlar:

"Onların aldığı maaş, pensiyadan yuxarı olduğu üçün bu təşviq edici addım olmur. Bu baxımdan onlar asanlıqla pensiyaya çıxa bilmirlər. Çalışırlar ki, pensiya yaşını uzatsınlar yaxud digər yardımçı vəzifələrdə işləməyə çalışırlar. Bununla da həm pensiya alır, həm də öz vəziyyətlərini düzəldirlər. Avropa ölkələrində müqayisəli təhlil deyə bilərik ki, orada insanların pensiya yaşı müxtəlif ölkələr üzrə dəyişir. Bu əsasən ölkədə əhalinin uzunömürlülüyünə görə müəyyən olunur. Onlar pensiya yaşına çıxmağı gözləyirlər və pensiyaya çıxan kimi aldıqları məvacib onların normal yaşayışını, istirahətini təmin edir. Avropalı şəxsin işlədiyi müddətdə dünya turuna, səfərə, gəzməyə müxtəlif yerlərə getməyə vaxtı olmaya bilər. Onlar aldığı pensiyalar ilə müxtəlif ölkələrə, tura gedir. Pensiya orada insanlar üçün istirahət dövrüdür. Azərbaycanda əfsuslar olsun ki, alınan pensiya ilə nəinki xarici tura getmək, respublika mərkəzində vaxtını keçirməyə bəs etmir. Aydın məsələdir 300-500 manat pensiya təlabatı ödəmir. Ona görə də, onlar bu sahədə maraqlı olmurlar. Bu baxımdan 65 yaşdan sonra da işləməyə meyilli olurlar".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
2
Mənbələr
Şərh ()
Bağla