AZ

PAŞİNYAN İSTEFA VERMƏYİB -BAŞ NAZİRƏ QARŞI İMPİÇMENT PROSEDURUNA BAŞLANACAQ

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.


Bu barədə Ermənistan KİV məlumat yayıb.


Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da, o, vaxtı uzatmayıb.


O, parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb.


Arxiyepiskop mübarizənin davam etdiriləcəyini bildirib.


O, həmçinin əlavə edib ki, hərəkatı dəstəkləyən parlamentin üç partiyasından nümayəndələrlə gələcək fəaliyyətlə bağlı məsləhətləşmə aparacaq.


O, bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.


**19:09


Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.


Ermənistan KİV xəbər verir ki, bu barədə o, İrəvandakı Respublika meydanında keçirilən mitinqdə bildirib. Qalstanyan özü də yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, "Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirilir.


**19:07

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.


Ermənistan mətbuatı xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir. O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.


Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.


**15:15


"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.


Ermənistan mətbuatı xəbər verir ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. Yürüş iştirakçılarının artıq Respublika meydanına doğru irəlilədiyi bildirilib. Onlar yerli vaxtla 16:00-da Respublika meydanında mitinq keçirməyi planlaşdırır.

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
2
Mənbələr
Şərh ()
Bağla