AZ

“Heydər Əliyev-Unudulmaz lider” - Fotolar

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti, YAP Suraxanı Rayon Təşkilatı və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təqdimatı ilə “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisi və konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında təşkil olunmuş tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov layihənin məqsədi barədə ətraflı məlumat verərək “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin paytaxtın bir sıra rayonlarında, regionlarda və ali təhsil müəssisələrində həyata keçirildiyini və bunda sonra da davam etdiriləcəyini bildirib.

Respublikanın əməktar artisti, Rayon Ağsaqqallar şurasının müavini professor Ağalar Bayramov da çıxış edərək qeyd edib ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Daha sonra tədbir bədii hissə ilə davam edib.








Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla