AZ

Son 20 ilin ən güclü maqnit qasırğası: Nələrə diqqət yetirməliyik?

Mayın 11-də Günəşdə silsilə partlayışlardan sonra Yer kürəsində son 20 ildə ilk dəfə olaraq yüksək səviyyəli maqnit qasırğası baş verə bilər.

 

Sfera.az RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçov açıqlayıb. 


Onun sözlərinə görə, son bir neçə ildə Günəşdə 3 və 4-cü səviyyəli tufanlar olub, 5-ci və yuxarı səviyyəli tufan isə son 20 ildə qeydə alınmayıb: “Günəş fırtınası Yerin maqnit sahəsində Günəşin fəaliyyəti nəticəsində yaranan pozğunluqdur. Bu hadisə maqnit sahəsində dalğalanmalara səbəb ola bilər ki, bu da öz növbəsində keçiricilərdə, o cümlədən insan orqanizmində elektrik cərəyanlarının yaranmasına səbəb olur”. 

 

Sergey Boqaçov bildirib ki, maqnit sahəsinin insan sağlamlığına təsiri tam öyrənilməyib və mübahisəlidir: “Bəzi elm adamları bunu hava həssaslığı ilə müqayisə edirlər. Havadan asılılığa meylli insanlar narahatlıq, baş ağrıları və əhval dəyişikliyi hiss edə bilər. Digərləri təsirin əhəmiyyətsiz olduğuna və ya tamamilə olmadığına inanır”. 


Boqaçev hava şəraitindən asılılığa meyilli insanlara düzgün istirahət etməyi, stressdən və həddindən artıq işdən çəkinməyi, həmçinin sağlamlıqlarına nəzarət etməyi və zəruri hallarda həkimə müraciət etməyi tövsiyə edib: “Günəş fırtınalarının proqnozlaşdırılmasının mürəkkəb bir iş olduğunu və dəqiq nəticələri proqnozlaşdırmağın çətin olduğunu başa düşmək lazımdır. Bununla belə, mümkün riskləri nəzərə alaraq, məlumatlı olmaq və ehtiyat tədbirləri görmək vacibdir”. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
Mənbələr
Şərh ()
Bağla