AZ

Zelenski generalı vəzifəsindən azad edib səfir təyin etdi

Ukrayna prezidenti Volodimir Zelenski  Silahlı Qüvvələrin sabiq baş komandanı, general Valeri Zalujnıni hərbi xidmətdən uzaqlaşdırmaq  barədə sərəncam imzalayıb.

Ölkə.Az xəbər verir ki, Zelenskinin Zalujnının hərbi xidmətdən azad edilməsi ilə bağlı imzaladığı səərncamda deyilir: 

“General Valeri Fedoroviç Zalujnı səhhətinə görə hərbi forma geymək hüququ ilə hərbi xidmətdən istefa versin”, – sərəncamda deyilir.

Zelenski bu gün imzaladığı digər bir sərəncamla Zalujnını Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib.

Qeyd edək ki, fevralın 8-də Zelenski Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Prezident qərarının səbəbləri arasında yay əks-hücumunun uğursuzluğunu, bundan sonra cəbhədə vəziyyətin tədricən durğunluğunu və nəticədə dəyişikliklərə ehtiyac olduğunu göstərib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
6
Mənbələr
Şərh ()
Bağla