AZ

Regionda ikinci “Gürcüstan ssenarisi” təkrarlanır?: “Qərb istəmir, Rusiya isə…”

“Ermənistanda keşiş Baqratın "rəhbərliyi" ilə keçirilən etiraz aksiyalarının hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, hazırda keçirilən etiraz aksiyalarına Qərbin hər hansı bir dəstəyi yoxdur və olmayacaq:

 

“Paşinyanla kilsə arasında çox ciddi problemlər onun hakimiyyətə gəldiyi gündən davam edir. Bu problem kuliminasiya nöqtəsinə çatıb. Kilsənin silahlı terrora da əl atması mümkündür”.

 

Ekspert bildirib ki, Qərb Ermənistanda hakimiyyətin dəyişməsinə imkan verməyəcək:

 

“İkinci Gürcüstan ssenarisinin təkrarlanması Qərbin regiondan getməsi ilə nəticələnə bilər. Gürcüstanda hakimiyyətə gələn “Gürcü Arzusu” məhz Rusiyanın istəyi ilə hərəkət edir. Ermənistan Baş naziri Nikol Paşinyan gözləmə mövqeyindədir. Hərəkətə keçərsə, kilsənin hakimiyyəti hədəf alan etirazına son qoyması mümkündür”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla