AZ

“Etiraz aksiyalarının hazırkı mərhələsi Paşinyanın istefası üçün yetərli deyil” – POLİTOLOQ

Ermənistan son günlər “qaynaq qazan” kimi qaynayır. Etiraz aksiyaları, yürüşlər, yol kəsmələr, mitnqlər, demək olar ki, səngimək bilmir. Yürüşün son nöqtəsi İrəvanın mərkəzi meydanı olub. Aksiyaya başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan dünən Paşinyana istefa üçün vaxt qoyub, bu alınmayanda isə impiçment məsələsini ortaya atıb. Paşinyanın baş nazir postuna artıq adları açıqlanmasa da, namizədlər müzakirə olunur.

Nikol Paşinyanın isrefası mümkündürmü? Hazırkı situasiya hakimiyyətin devrilməsinə gətirib çıxara bilərmi?

Mözu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Turan Rzayev cavablandırıb.

O hesab edir ki, indiki mərhələdə Paşinyanın devrilməsi ehtimalı yoxdur.

“Ermənistandakı etiraz aksiyalarının hazırkı mərhələsi baş nazir Nikol Paşinyanın istefa verməsi üçün yetərli deyil. Etiraz aksiyalarına nə qədər çox insan qatılsa da, hazırki etapda devrilmə məsələsi gündəmdə deyil. Lakin bununla belə diqqət çəkən bir məqam odur ki, artıq aksiyalara erməni kilsəsi dəstək verir.

Xüsusilə də rahib Baqratın ötəngünkü aksiyaya qatılması, çıxış etməsi, Paşinyana qarşı etirazlar səsləndilməsi, istefa üçün vaxt qoyması faktiki olaraq gələcək mərhələdə etirazların güclənmə ehtimallarının yüksək olduğunu deməyə əsas verir.

Nəzərə almaq lazımdır ki, Ermənistan əhalisinin böyük bir qismi dindardır və kilisəyə bağlıdır, bu baxımdan da kilisənin çağırışına cavab verən insanlar çox olacaq.

Paşinyan vaxtında proseslərə müdaxilə etməsə, səngitməsə, bu, nəticədə onun hakimiyyətdən getməsinə gətirib çıxara bilər.

Amma bir daha qeyd edirəm ki, hazırki etapda belə bir ehtimal aktual deyil”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla