AZ

Röyal mərhum “Toppuş bacı”nı xatırladı: “Sənə qovuşacağım günlər azalır”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal aktrisadan qalan əşyaları saxladığını bildirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda paylaşım edən Röyal aktrisanın saç tellərini şüşədə saxladığını etiraf edib:

"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim.

Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik.

Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, gedib yəqin. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi. Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi.

İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, keçək yolu. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sağollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq. Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq...”

O, aktrisanın geyimi və saç tellərini saxladığını, lakin onlara toxunmağa qıymadığını bildirib:

“Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, cəsarətim çatmır çıxarıb toxunmağa, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ilin yanvarında vəfat edib. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
12
Mənbələr
Şərh ()
Bağla