AZ

Bu bürclər doğuşdan bədbəxtdir – Heç nəyə sevinmirlər

Xarakterə təsir edən bürclər eyni zamanda hər bir duyğuya istiqamət verir. Bəzi bürclər doğuşdan bəri bədbin və kədərlidirlər.  

Yenisabah.az heç bir şeydən qane və xoşbəxt olmayan 4 bürcü təqdim edir:

Əkizlər hər şeydən tez sıxılır. Sonsuz həyəcanın arxasınca qaçan Əkizlər axtardıqları xoşbəxtliyi tapa bilmirlər. Onların bu doyumsuz vəziyyəti şəxsi həyatda da əks olunur.

Qız mükəmməllik axtarışları ilə məşğuldur. İstədiyinə nail ola bilməyəndə həyatı puç olur. Anı yaşamaqdan çəkinən Qız bürcləri gələcəyin dalınca qaçmaqdan xoşbəxt olmağa vaxt tapmır.

Əqrəb bürcləri çox vaxt sirli insanların və hadisələrin arxasınca düşürlər. Onların bu vəziyyətə olan marağı heç vaxt bitmir. Müəmmalı vəziyyəti aça bilmədikcə, gülməyi unudurlar.

Oğlaqlar çox yüksək hədəfləri olan qətiyyətli və motivasiyalı insanlardır. O məqsədyönlü insanlardandırlar ki, nailiyyətləri ilə heç vaxt qane olmurlar. Əgər uğursuz olsalar, dünyanın ən bədbəxt insanına çevrilirlər.

Aytac Şahin


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla