AZ

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rumıniyada qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rumıniyada qeyd edilib.

İnterpress.az bildirir ki, Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, səfirlik və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyası tərəfindən tədbir təşkil olunub, Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstü ziyarət edilib, abidənin önünə əklillər və tər çiçəklər qoyulub.

Sonra səfirlikdə Heydər Əliyevin həyatının müxtəlif mərhələlərini özündə əks etdirən zəngin fotosərgi nümayiş olunub.

Daha sonra konfransda çıxış edən səfir Qüdsi Osmanov qonaqlara Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışıb: “Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətləri var. Onun siyasi xətti bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə səfir vurğulayıb.

Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov Azərbaycanla Rumıniya arasında dostluq və əməkdaşlığın qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb. O, Rumıniya dövlət başçılarının Azərbaycan xalqının şanlı oğlu haqqında səsləndirdikləri fikirlərdən və xatirələrdən sitat gətirib.

Konfransın moderatoru, Buxarest Universitetinin doktorantı, gənc tədqiqatçı Salatın Şamilova məruzəsində Heydər Əliyev irsi və onun gənc nəslin tərbiyəsinə təsirindən bəhs edib.

Tədbirin sonunda mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

Mərasimdə Azərbaycanın və Türkiyənin Rumıniyadakı səfirliklərinin, “SOCAR Petroleum SA” şirkətinin, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar da iştirak ediblər./Report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
Mənbələr
Şərh ()
Bağla