AZ

Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşüb

Türkiyə Respublikasının Milli Müdafiə Universitetin nümayəndə heyətinin "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizə səfəri başa çatıb.

İqtisadiyyat.az MN-ə istinadən xəbər verir ki, Tükiyəli qonaqlar səfər çərçivəsində Quru Qoşunlarını və Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan hərbi hissələrdə olub.
Qonaqlara işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan şərait, eləcə də bölmələrimizin arsenalında olan döyüş texnikaları ilə tanış olublar.
Sonra hərbi qulluqçularla görüş keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən bölmələrin keçdiyi döyüş yolu haqqında geniş məlumatlandırılıb.
Daha sonra türkiyəli nümayəndələr Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.
Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Türkiyəli nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi təhsilin cari vəziyyəti müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
29
Mənbələr
Şərh ()
Bağla