AZ

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Bakı, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın müasir dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında və tanınmasında, iqtisadiyyatının dirçəldilməsində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu var. Bu gün Azərbaycanın iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və sosial rifahı məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davamı Azərbaycana Qarabağı azad etmək imkanı verdi və Prezident İlham Əliyev 30 ilə yaxın işğal altında qalan Qarabağı azad edərək ölkəmizin suverenliyini tam bərpa etdi.

Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirokti, türkiyəli iş adamı Sefa Gömdeniz Ulu Öndər haqqında xatirələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə bütün dünyada hörmət və ehtiramın olduğunu diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar, ziyalılar, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla