AZ

Rusiyalı politoloq: Rusiya ilə Ermənistanın yolları ayrılıb

Rusiya və Ermənistanın yolları ayrılıb və çətin ki, yaxın gələcəkdə, hətta ortamüddətli perspektivdə onların münasibətləri əvvəlki səviyyəyə qayıtsın.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında politoloq Aleksey Naumov bildirib.

Onun sözlərinə görə Ermənistanın baş naziri Nikol Paşinyan öz yerində möhkəm oturub və bu gün İrəvanın siyasi kursunu məhz o müəyyənləşdirir: “Bu siyasət artıq anti-Rusiya, anti-Azərbaycan və təbii ki, bir çox cəhətdən bütün region üçün faydasız olmağa məhkumdur. Paşinyan anti-Rusiya və Qərbyönlü siyasi kurs seçib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla