AZ

Moskvadan Ermənistandakı hadisələrə reaksiya: Güclü Azərbaycan Ordusu...

Nikol Paşinyanın hipotetik istefası Rusiya-Ermənistan münasibətlərinə ilk baxışdan göründüyü qədər müsbət təsir göstərməyə bilər. 

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, Ermənistanda revanşist qrupun hakimiyyətə gəlməsi Rusiyaya sərf etmir:

“Paşinyan istefa verərsə, bu, bir tərəfdən Rusiya üçün müsbət haldır. Çünki Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışan antirusiya siyasətçisidir. Amma eyni zamanda hakimiyyəti Azərbaycanla müharibəni bərpa etmək istəyən revanşist qrup ələ keçirə bilər. Belə olan halda, yəqin ki, bu qrup Rusiyanı müharibəyə cəlb etmək istəyəcək. İndiki reallıqlarda, təbii ki, Moskva bundan imtina edəcək və nəticədə daha güclü Azərbaycan Ordusu ilə üz-üzə gələn Ermənistan fəlakətli məğlubiyyət vəziyyətinə düşəcək”, - Markov deyib.

Ekspert hesab edir ki, çox güman ki, heç nə baş verməyəcək, çünki Ermənistan əhalisinin böyük əksəriyyəti dörd kəndin Azərbaycana verilməsi ilə barışıb – etirazlar da məhz bununla bağlıdır. Üstəlik, ermənilər bu qaçılmaz addıma görə Paşinyanı yox, onu devirmək istəyənlərin məsuliyyət daşımalı olduğunu düşünür. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla