AZ

İranda toy mərasimi yasa çevrildi – VİDEO

İranda toy mərasimi yasa çevrildi. Belə ki, Lorestan əyalətinin Borucerd şəhərində toy məclisində əylənən şəxslərdən birinin silahla atəş açması ölümlə nəticələnib.

İnterpress.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, güllə məclisi işıqlandıran naqillərə dəyib və onu qopararaq qonaqların üzərinə salıb. Nəticədə iki nəfəri elektrik cərəyanı vurub. Xəsarət alanlardan biri – qadın yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq