AZ

Rusiya Xarkovu atəşə tutub, ölən və yaralananlar var

Rusiya ordusunun Xarkovun sərhədyanı bölgələrini atəşə tutması nəticəsində ölən və yaralananlar var.

İnterpress.az-ın unian-a istinadən xəbərinə görə, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında bildirib.

O deyib ki, səhər saatlarından etibarən Buqaevka və Volçansk qəsəbələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Yaralılardan biri yaşadığı evin dağıntıları altından çıxarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
12
Mənbələr
Şərh ()
Bağla