AZ

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Dünyanın 51 ölkəsindən QHT-ləri birləşdirən Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib. 

AZƏRTAC xəbər verir ki, bu barədə Alyansın yaşıl dünya naminə həmrəylik bəyanatında bildirilib. Bəyanatı Alyansın rəhbəri Mithika Mvenda və Afrikanın 128 QHT-si imzalayıb.

Bəyanatı təqdim edirik: “Biz, aşağıda imzaları qeyd olunan vətəndaş cəmiyyəti təşkilatları COP29 sədrliyini və tədbirə ev sahibliyi edən ölkəni - Azərbaycan Respublikasını dünya birliyini davamlı, iqlim dəyişmələrinə qarşı dayanıqlı və ekoloji cəhətdən ədalətli gələcəyə doğru aparmaq üçün əhəmiyyətli missiyanı yerinə yetirməyi üzərinə götürdüyü üçün səmimi-qəlbdən dəstəkləyirik.

Dünya miqyaslı fövqəladə vəziyyət və planetimizin üzləşdiyi təcili ekoloji problemlərlə bağlı ümumi narahatlığımızı nəzərə alaraq, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə öhdəliyini, qlobal diplomatik, siyasi və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətlərdə nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndiririk. 

Hazırda biz iqlim dəyişmələrinin təsirini azaltmaq, həssas cəmiyyətləri qorumaq, səmərəli şəkildə uyğunlaşmaq, dayanıqlılıq yaratmaq və gələcək nəsillər üçün əvəzolunmaz ekosistemlərimizi qorumaq üçün cəsarətli və qətiyyətli addımların lazım olduğu dönüş nöqtəsindəyik.

Bu kontekstdə biz Azərbaycanı dialoqun, əməkdaşlığın, inklüzivliyin və innovativ tədbirlərin təşviqində, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal tədbirlərin təcili şəkildə həyata keçirilməsində aparıcı rol oynamağa çağırırıq.

Azərbaycan COP29-da qlobal lider rolunu öz üzərinə götürdüyü üçün biz Afrika vətəndaş cəmiyyəti təşkilatları olaraq onun faydalı əməkdaşlığı inkişaf etdirmək, iddialı vədlərə töhfə vermək, dünyanı aşağı karbonlu və iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı davamlı inkişaf yollarına çıxarmaq qabiliyyətinə qəti inanırıq. 

Biz iqlim dəyişmələri ilə mübarizəni gücləndirmək və planetimiz, gələcək nəsillər üçün perspektivli gələcək hazırlamaq üçün dünyanın vətəndaş cəmiyyəti üzvlərinin kollektiv səylərinin faydalılığına inanırıq”.

Qeyd edək ki, Mənzil-qərargahı Keniyada yerləşən Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) dünyada iqlimlə bağlı fəaliyyət göstərən nəhəng hərəkatdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
10
Mənbələr
Şərh ()
Bağla