AZ

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

Kubalı

Bakı, 10 may, AZƏRTAC

Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatı Emilio Ratmir Lozada Qarsia özünün “X” sosial şəbəkəsindəki hesabında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib.

AZƏRTAC xəbər verir ki, kubalı deputat Kuba-Azərbaycan əlaqələrinin qurulmasında Ulu Öndərin rolunu vurğulayıb.

“Bu gün müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edirik. Kuba ilə Azərbaycan arasında bugünkü müsbət münasibətlərin fundamental təməli məhz Heydər Əliyev və Ali Baş Komandan Fidel Kastro tərəfindən qoyulub”, -deyə Emilio Ratmir Lozada Qarsia qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq