AZ

Ukrayna daha dörd yaşayış məntəqisini itirib

Ukrayna

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində irəliləyir. Məlumata görə, hücumun ilk günündə Rusiya ilə sərhəd bölgəsində eyni vaxtda dörd yaşayış məntəqəsi işğal edilib.

Reyting.az
xəbər verir ki, bunu ukraynalı hərbi jurnalist və “Censor.net” saytının baş redaktoru Yuri Butusov özünün “Facebook” səhifəsində yazıb.

Söhbət Rusiya ilə sərhəddən bir neçə kilometr, Xarkovdan isə təxminən 40 kilometr aralıda yerləşən Streleçye, Krasnoye, Pılnaya və Borisovka kəndlərindən gedir.

Qeyd edilir ki, sərhədin altındakı bu ərazi əslində çoxdan boz zona olub, orada müdafiə xətti yerləşdirilməyib, buna görə də ruslar heç bir xüsusi təyinatlı olmadan ərazini tam nəzarətə götürə biliblər.

Y. Butusov əlavə edib ki, Rusiya ordusu hazırda dörd-beş piyada batalyonu ilə irəliləyir.

“Onların qarşısı alınmasa və böyük itkilər verməsələr, əvvəlcə cəbhəni Rusiya Federasiyası ilə sərhəddən uzaqlaşdırmaq üçün sərhəd boyu digər əraziləri tutmağa başlayacaqlar, sonra isə bu cəbhədən hücum üçün mümkün tramplin kimi istifadə edəcəklər”, - Butusov yazıb.

Onu da qeyd edək ki, daha əvvəl Rusiyanın Xarkova hücumunu Ukrayna prezidenti Vladimir Zelenski də təsdiqləyib.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla