AZ

Beynəlxalq axtarışda olan şəxs Antalyada saxlanıldı

İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Rusiya vətəndaşı Antalyada saxlanılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin əyalət təhlükəsizlik idarəsi məlumat yayıb.

"Antalya Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları hədə-qorxu ilə pul tələb etmə cinayətlərinə görə İnterpolun qırmızı bülleteni ilə axtarılan baş hərfləri İ.M. olan Rusiya vətəndaşını saxlayıblar.

Axtarış zamanı saxlanılan şəxsdən rusiyalı saxta sürücülük vəsiqəsi götürülüb”, - deyə buraxılışda qeyd olunub.

O, istintaq hərəkətləri və daha sonra Rusiya tərəfinə təhvil verilməsi üçün təhlükəsizlik şöbəsinə aparılıb. 

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla