AZ

“İrəvan”ın müdafiəsini yara bilmədik”

1-ci liqanın 25-ci turunda “İrəvan” “Difai Ağsu”nu qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bir neçə gün əvvəl “Difai Ağsu”nun 6 futbolçusunun danışılmış oyunlarda mümkün iştirakla bağlı saxlanıldığını və həmin gün də buraxıldığını xəbər vermişdik. “Difai Ağsu”nun baş məşqçisi Elgiz Kərəmli oyunçularının psixoloji durumunun yaxşı olmadığını da demişdi. “İrəvan”la oyunun nəticəsinə bu durum nə dərəcədə təsir etdi? Elgiz Kərəmlinin cavabı:
“2-ci dövrədə 5:0 hesabıyla qalib gəlmişdik. Lakin əsas oyunçularımızın ikisinin çiyni sındı. 3-4 turdu aramızda yoxdular. Məcburiyyətdən bəzi mövqelərdə ora aid olmayan oyunçuları oynadırıq. “İrəvan” bizə qarşı fərqli sistemlə çıxmışdı və qapandı, müdafiə olundu. Bizə isə belə müdafiəni yarmaq çətinlik yaratdı. Qol imkanlarımız oldu, lakin yararlana bilmədik. Meydana qələbə üçün çıxmışdıq. Hücumçumuz Kristian Kamta da son turlarda bizə kömək edə bilməyəcək”.


ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla