AZ

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

İkinci

Bakı, 10 may, AZƏRTAC

"Komanda yoldaşlarımla doğma divarlar arasında yarışmaq maraqlıdır. Çünki bir-birimizi tanıyır və dəstək oluruq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Mənsum Səfərov açıq Bakı çempionatı və paytaxt birinciliyinin mükafatlandırma mərasimindən sonra deyib.

Halqalarla hərəkətdə ikinci yeri tutan idmançı daxili yarışların onun üçün yaxşı təcrübə olduğunu bildirib: "Nəticəmdən razıyam. Çünki iki ildir bu proqramda özümü sınamırdım. Çıxışımdan öncə fəxri kürsüyə qalxıb-qalxmayacağımdan əmin deyildim. Lakin sevinirəm ki, hər şey istədiyim kimi oldu".

O, mayın 23-26-da Bolqarıstanın Varna şəhərində keçiriləcək "Challange" seriyasına aid Dünya Kubokunda iştirak edəcəyini söyləyib: "Beynəlxalq arenada yarışmaq əlbəttə ki, daha çətin və stresslidir. Bütün bunlara baxmayaraq, əsas hədəfim ilk "səkkiz"likdə qərarlaşmaq və finala adlamaqdır. Ümid edirəm ki, şans mənim tərəfimdə olar".

Qeyd edək ki, iki gün davam edən yarışlarda 24-ü qadın və 29-u kişi olmaqla ümumilikdə 53 gimnast mübarizə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla