AZ

Liqada aranı qarışdıran olay: Onu buna nə məcbur edib? - VİDEO

Birinci Liqada çempionluq uğrunda vacib görüşlərdən biri İmişlidə keçirildi.

Çərşənbə günü bölgədə baş tutan “İmişli” – “Qaradağ Lökbatan” qarşılaşmasından qol səsi eşidilməsə də, gərginlik ən yüksək həddə idi.

Meydan sahibləri ilk hissənin sonlarına yaxın rəqib qapsının torunu silkələməyi bacarsa da, baş hakim İnqilab Məmmədov “əllə oyun” motivi ilə qolu qeydə almadı.

Ara qızışdı, məzhəb itdi. Tribunalardan meydana yad əşyaların atılması və təhqiredici şüarların səsləndirilməsi hakimlər briqadasının paltardəyişmə otağına yollanması ilə nəticələndi. Düzdür, çox keçmədən oyun bərpa olundu.

Artıq iki gündür mətbuatda və sosial şəbəkələrdə Məmmədovun qərarı müzakirə olunur, “İmişli”nin haqqını yediyi iddia edilir.

Epizodun təkrarına baxanda, top qapıya göndərilməmişdən əvvəl “İmişli”nin futbolçusunun əlinə dəydiyi görünür. Oyunçunun əli açıq deyil, bədənə yapışıqdır.

Bu cür hallarda top cərimə meydançası daxilində ələ dəyəndə hakimlər “nöqtə”ni göstərmir. Hətta hansısa futbolçunun topu əlinin bədənə yapışıq formada qəbul etdikdən sonra ötürmə verdiyinə də rast gəlmişik.

Elədirsə, çiyinlərində illərin təcrübəsini daşıyan İnqilab Məmmədov niyə qolu qeydə almayıb cərimə zərbəsi təyin etdi?

Hakimlər üçün hazırlanmış oyun qaydalarının 12-ci bəndində yer alan “birbaşa cərimə zərbəsinin təyin olunması” ilə bağlı tələbə nəzər saldıq və məlum oldu ki:

-Futbolçu top əlinə/qoluna dəyəndən sonra – HƏTTA TƏSADÜFƏN OLSA BELƏ – rəqib qapısına qol vurursa, bu, qayda pozuntusu hesab olunur. Hətta top ona qapıçıdan gəlsə də.

Həmin epizodda futbolçu qapıya göndərdiyi üçün Məmmədov haqlı olaraq qolu hesaba almayıb. Qol vuran futbolçu top əlinə dəyəndən sonra ötürmə etsəydi, cərimə zərbəsi qeydə alınmayacaqdı. Bu tələb yalnız qol vuran futbolçu üçün keçərlidir.

Hər halda, qayda belə deyir.

HƏBİB / SPORTİNFO.AZ

Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla