AZ

Gərginlik kulminasiya nöqtəsinə çatdı – “İki-üç günə Ermənistanda...”

Keşiş Baqrat Qalstanyan Ermənistan Baş naziri Nikol Paşinyanı devirə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, hazırda davam edən gərginlik geniş dəstək olmayacağı üçün iki-üç günə səngiyəcək:

“Baqratın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Aksiyalara Qərbdən heç bir dəstək yoxdur, olmayacaq da. Nikol Paşinyanla kilsə arasındakı problemlər onun hakimiyyətə gəldiyi gündən başlayıb və davam edir. İndi bu gərginlik kulminasiya nöqtəsinə çatıb. Aksiyalarla heç nəyə nail olmayan kilsənin silahlı terrora əl atması da mümkündür. Təsadüfi deyil ki, artıq Teleqram kanallarında silahlı keşişlərlə bağlı videogörüntülər yayılmağa başlayıb.

Hesab edirəm ki, Qərb Ermənistanda hakimiyyət dəyişikliyinə imkan verməyəcək. Çünki ikinci Gürcüstan ssenarisinin təkrarlanması Qərbin regiondan getməsi ilə nəticələnə bilər. Tiflisdə iqtidarda olan “Gürcü Arzusu” Rusiyanın maraqları çərçivəsində hərəkət edir. İndi Paşinyan gözləmə mövqeyindədir. Hərəkətə keçsə, etirazların qarşısını alacaq. Hələlik baş verənlər ona və hakimiyyətinə təhdid yaradacaq həddə deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla