AZ

Şon Dayç - Premyer Liqada aprel ayının ən yaxşı məşqçisi!

“Everton”un baş məşqçisi, ingilis mütəxəssis Şon Dayç İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Şon Dayçın sükanı arxasında dayandığı “Everton” aprel ayında 4 qələbə qazanıb, 1 heç-heçə edib və cəmi 1 məğlubiyyətlə üzləşərək, 4 oyunda qapısının “quru” saxlayıb.

Dayç ən böyük badalağını çempionluq uğrunda yarışan Yurgen Klopun “qırmızılar”ına Liverpul derbisində gəlib – 2:0. Bu, “qənnadçılar”ın son 14 ildə “Liverpul” üzərində ilk ev uğurudur. Məhz bu vacib qələbə sayəsində “Everton” Premyer Liqada yerini qoruyub saxlaya bilib. “Liverpul” isə İngiltərə Premyer Liqasında qalibiyyət imkanının üstündən yağlı bir xətt çəkmiş olub.
Dayç peşəkar karyerasında 3-cü dəfə İngiltərə Premyer Liqasında ayın məşqçisi seçilib. Bu dəfə Şon Dayç ispan çalışdırıcılar Mikel Arteta (“Arsenal”) və Xosep Qvardiolanı (“Mançester Siti”) qabaqlayıb.

“Everton”un bu mükafatı almış əvvəlki çalışdırıcı, hazırda “Real”ın baş məşqçisi Karlo Ançelotti olub. İtalyan mütəxəssis 2020-ci ilin sentyabrında buna nail olmuşdu.

Dayç cari mövsümdə ilk dəfə Premyer Liqada ayın məşqçisi seçilir. Ona qədər bu mükafatı qazanmış mütəxəssislərin siyahısını xatırladırıq:

Avqust 2023 – Angelos Postekoqlu (Tottenhem)
Sentyabr 2023 – Angelos Postekoqlu (Tottenhem)
Oktyabr 2023 – Angelos Postekoqlu (Tottenhem)
Noyabr 2023 – Erik ten Haq (Mançester Yunayted)
Dekabr 2023 – Unai Emeri (Aston Villa)
Yanvar 2024 – Yurgen Klopp (Liverpul)
Fevral 2024 – Mikel Arteta (Arsenal)
Mart 2024 – Andoni İraola (Bornmut)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla

Reytinq