AZ

4 gün əvvəl komaya düşən aparıcı vəfat edib - FOTO

 

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.

Azərforum xəbər verir ki, Murad Muradov sosial şəbəkədə paylaşdığı statuslarından birində yaxın qohumu olan bir qız uşağı ilə şəklini paylaşaraq belə yazıb: 

"Bu qızı oğluma alacam. Dayının 💜🧿".

Övlad toyu görmək Murada qismət olmadı...

Allah rəhmət eləsin...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12558
8
Mənbələr
Şərh ()
Bağla