AZ

İrəvanda “qanuni oğru” və cinayətkar dəstənin üzvləri həbs EDİLDİ

İrəvanda kriminal dairələrdə “B.X.” kimi tanınan “qanuni oğru” saxlanılıb. 

Unikal” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, o, 2020-ci ilin fevral ayında cinayət iyerarxiyasındakı yüksək statusundan istifadə edərək iki vətəndaş arasında 7 milyon dram (təxminən 39 min dollar) borc və “Mercedes” markalı avtomobillə bağlı mübahisəni həll etməyi öhdəsinə götürüb.
17 yanvar 2024-cü ildə o, mübahisənin həlli ilə bağlı gələcək addımları və tərəflərin davranışını müzakirə etmək üçün kompüter klubunda cinayətkar “toplantı” təşkil edib.
Onun barəsində toplanmış məlumatlar əsasında “cinayət subkulturası, cinayət iyerarxiyasında ən yüksək status, qrupa rəhbərlik” maddələri ilə cinayət işi başlanıb. Qanuni oğru həbs edilib.
Onun dəstəsinin dörd üzvü və ona kömək üçün müraciət edən iki vətəndaşa qarşı da iş açılıb. İki təqsirləndirilən şəxs həbs edilib, ikisi inzibati nəzarət altındadır, daha ikisi isə ifadə verdikdən sonra azadlığa buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla