AZ

Pentaqon bir neçə ay ərzində ordusunu Nigerdən çıxarmağı planlaşdırır

ABŞ Müdafiə Nazirliyi bütün hərbi personalını – min nəfəri Nigerdən çıxarmaq qərarına gəlib.

Editor.az bu barədə “Politico” qəzetinə istinadən məlumat yayıb. ABŞ ordusunun yaxın bir neçə ay ərzində Afrika ölkəsini tərk edəcəyi gözlənilir. Aprel ayında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, ABŞ qoşunlarının Nigerdən çıxarılması nizamlı və məsuliyyətli şəkildə aparılmalıdır. O, həmçinin vurğulayıb ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell bu ölkənin hakimiyyət orqanları ilə əməkdaşlığı müzakirə etmək üçün tezliklə Nigerə səfər edəcək.

Mayın əvvəlində Pentaqon, ABŞ qoşunlarının yerləşdiyi Nigerdəki 101 saylı Amerika Hava Bazasında Rusiyadan olan hərbçilərin də yerləşdirildiyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
Mənbələr
Şərh ()
Bağla