AZ

Ticani Babangida ölümlə nəticələnmiş qəzaya düşdü

Nigeriya yığmasının sabiq vingeri Ticani Babangida ağır yol qəzasına düşüb, nəticədə kiçik qardaşı İbrahim dünyasını dəyişib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Keçmiş futbolçunun özü və həyat yoldaşı xəstəxanaya yerləşdiriliblər. Hadisə Babangidanın vətəni Negeriyada, Kaduna və Zariya şəhərləri arasında baş verib.

İbrahim Babangida 47 yaşında dünyasını dəyişib. O, həm də peşəkar futbolçu olub və 1997-2002-ci illərdə Niderlandın “Volendam” klubunda çıxış edib.

Xatırladaq ki, 50 yaşlı Ticani Babangida Nigeriya yığması ilə 1996-cı ilin Olimpiya futbol yarışının çempionudur. Ticani Babangida 1996-2003-cü illərdə Niderlanad nəhəngi “Ayaks”ın heyətində çıxışı ilə tanınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq