AZ

Slovakiya Prezidenti Ukraynaya vida səfərinə gəlib

Slovakiya Prezidenti Suzana Çaputova Ukraynaya səfərə gəlib.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mayın 10-da İnstaqram səhifəsində məlumat verib. Ukrayna dövlət başçısının sözlərinə görə, o, slovakiyalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə edib. Söhbətdə rusların şərqdə, Donetsk və Xarkov vilayətlərində hücumu genişləndirmək cəhdindən bəhs edilib.

Danışıqlar zamanı liderlər rusların planlarını pozmaq üçün Ukraynanın ehtiyacları, o cümlədən silah məsələsini qaldırıblar: “Hazırda bütün tərəfdaşlarımız müqavilələri dərhal həyata keçirmirlər, bizə çatdırılmaların sürətləndirilməsi üçün dostlarımızın, Ukraynanın dostlarının maksimum konsentrasiyası lazımdır”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, Ukrayna silahların ötürülməsini sürətləndirməyə kömək edən bütün liderlərə minnətdardır. Slovakiya prezidentinin mətbuat katibi Martin Strizinec “Extra Plus”a verdiyi şərhdə Çaputovanın prezidentlik müddətinin başa çatdığını xatırladıb. Bununla bağlı müxtəlif ölkələrə vida səfərləri edir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla