AZ

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Tbilisi, 10 may, AZƏRTAC

Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəhbəri Raidə Dərziyeva dahi şəxsiyyət, dünya miqyaslı siyasi xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Sonra Rustavi şəhəri 18 saylı məktəbin Azərbaycan dili müəllimi Nurlana Məmmədova “Heydər Əliyev və dünya azərbaycançılığı” adlı məruzə ilə çıxış edib, fenomen şəxsiyyətin çağdaş milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolundan danışıb.

Şair, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, gənc ictimai fəal, pedaqoq Savalan Osmanlı Ulu Öndər Heydər Əliyevin Gürcüstan və bu ölkədə yaşayan soydaşlarımızın həyatındakı mühüm rolundan danışıb, Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoyan siyasi kursun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırıldığını qeyd ediblər.

Tədbirin sonunda Mərkəzdə təhsil alan şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Mərkəzin müəllim və şagirdləri, həmçinin valideynlər Rustavi şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq