AZ

İrəvanda kütləvi həbslərə start verilib - (Video)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İrəvanda

Ermənistan polisi İrəvanın mərkəzində Sayat Nova prospekti ilə Abovyan küçəsinin kəsişməsində dinc itaətsizlik aksiyası keçirən vətəndaşları həbs etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, polis İrəvanda etiraz aksiyaları keçirən 40-dan çox vətəndaşı saxlayıb. Onlardan biri yaralanıb.

Qeyd edək ki, Ermənistanda “Vətən uğrunda” hərəkatı etiraz aksiyaları keçirir. Hərəkatın lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan baş naziri Nikol Paşinyan istefasını tələb edir.



ELÇİN
Seçilən
107
1
1

1Mənbələr

Şərh ()
Bağla